Britaniya Livandakı diplomatlarını geri çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Britaniya Livandakı diplomatlarını geri çağırdı

Dünya

06 Noyabr 2023 12:41 631


Böyük Britaniya Xarici İşlər Nazirliyi Livanın paytaxtı Beyrutdakı səfirliyinin bəzi əməkdaşlarını geri çağırıb. 

Yenisabah.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, Britaniya hakimiyyəti Livandakı səfirliyin bəzi əməkdaşlarının müvəqqəti olaraq geri çağırıldığını elan edib. 

Bundan əlavə, onlar Böyük Britaniya vətəndaşlarına Təl-Əviv və Qəzza zolağı arasındakı münaqişə səbəbindən İsraillə həmsərhəd olan bu ölkəyə səyahət etməkdən çəkinməyi tövsiyə ediblər.  Dördpendirli pizza

Hələ də Livanda olan britaniyalılara kommersiya uçuşları davam edərkən ölkəni tərk etmələri tövsiyə olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!