Böyük Britaniya Aİ ölkələrindən Rusiyaya funt sterlinq və əskinasların, eləcə də aviasiya yanacağının ixracına qadağa qoyub.
Yenisabah.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin iyunun 23-də yaydığı bəyanatda deyilir.
“Xüsusilə, yeni tədbirlərə reaktiv mühərriklər üçün yanacağın, eləcə də yanacaq əlavələrinin Rusiyaya ixracına və ya Rusiyada istifadəsinə qadağa daxildir. Həmçinin, funt sterlinqdə olan əskinaslara qadağa, Aİ əskinaslarının Rusiyaya ixracına və ya istifadəsinə, həmin əskinasların Rusiya ilə əlaqəli şəxslərə verilməsinə yaxud göndərilməsinə, bütövlükdə isə Rusiyada istifadəsinə qadağalar var”, – deyə bəyanatda vurğulanıb. pizza mizza
Bundan əlavə, dəmir və polad idxalı ilə bağlı texniki yardım, maliyyə xidmətləri və vasitəçilik xidmətləri üzrə Rusiyaya qarşı sanksiyaların müddəti uzadılıb. Ən mühüm sektor məhsulları olan neft emalı sektoruna aid məhsul və texnologiyaların ixracına əlavə məhdudiyyətlər qoyulur.
Məhdudiyyətlər kimyəvi və bioloji silahların istehsalında istifadə oluna bilən məhsullara da şamil edilir.
Telegram kanalımız