"Böyük Britaniya Türkiyəyə qarşı tətbiq edilən müdafiə məhsullarının ixracına qoyulan qadağanı ləğv edib".
Yenisabah.az "Ahval"a istinadla xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Kanadanın da qadağanı yumşaltmağı nəzərdən keçirir. pizza hut
“Böyük Britaniya ixraca qoyulan məhdudiyyətləri aradan qaldırdı. Bundan məmnunuq”, - deyən Çavuşoğlu, narahatlıq doğuran məsələlərdən birinin Türkiyə istehsalı olan beşinci nəsil TF-X qırıcısı üçün mühərriklərin alınması olduğunu qeyd edib.
Böyük Britaniya 2019-cu ilin oktyabrında Türkiyəyə Suriyada kürd qüvvələrinə qarşı hərbi əməliyyatlarda istifadə oluna biləcək silahların ixracı üçün lisenziyaların verilməsini dayandırıb.
Xarici texnologiyadan böyük dərəcədə asılı olan TF-X proqramı Türkiyənin Rusiyadan "S-400" raket sistemlərini alması səbəbilə "F-35" konsorsiumundan çıxarılmasından sonra başlayıb.
Türkiyənin müdafiə sənayesi direktoru daha əvvəl bildirmişdi ki, ölkənin yüksək orqanı Britaniyanın "Rolls-Royce" şirkəti ilə TF-X mühərriki üzərində işləməyə başlayıb.
Telegram kanalımız