Britaniyanın "L119" 105 millimetrlik yedəkli haubitsaları Ukrayna ərazisinə gətirilib.
Yenisabah.az xəbər verir ki, topların ötürülməsini əks etdirən videonu iyulun 25-də “Strana” nəşri yayıb.
Nəşrin iddia etdiyi kimi, haubitsalar artıq döyüş bölgəsinə çatıblar. Marqarita pizza
Qeyd edək ki, İngilis "L119" 105 millimetrlik haubitsa helikopterlə çatdırıla və ya paraşütlə yerə endirilə bilən bir qurğudur. Beləliklə, onun maksimum atış məsafəsi 13,7 kilometrdir.
Xatırladaq ki, “Daily Telegraph” qəzeti daha əvvəl yazıb ki, Britaniya komandanlığı "L119" haubitsalarını Ukraynaya çatdırmağı planlaşdırır. Öz növbəsində, ötən həftə “Strana” nəşri Böyük Britaniyanın yeni yardım paketində 36 belə topun olacağını bildirib.
Telegram kanalımız