Britaniyada fövqəladə vəziyyət - Meymunçiçəyinə görə...

saytların hazırlanması

Evə çatdırılma

Britaniyada fövqəladə vəziyyət - Meymunçiçəyinə görə...

Dünya

16 Avqust 2024 14:53 774


Böyük Britaniyanın səhiyyə rəsmiləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikada virusun yayılmasını beynəlxalq fövqəladə vəziyyət elan etməsindən sonra yeni “Mpox” ştamının potensial yayılması hallarına hazırlaşırlar. 

Yenisabah.az xəbər verir ki, “Clade 1b” kimi tanınan ştam ötən il Konqo Demokratik Respublikasında peyda olub. 

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirib ki, hazırda İngiltərədə yoluxma riski aşağı hesab edilsə də, Krallıqda ortaya çıxa biləcək hər hansı hal üçün hazırlıq görülür.  Dördpendirli pizza

Əvvəllər meymunçiçəyi kimi tanınan “Mpox” yaxın fiziki təmasla ötürülür. Xəstəlik qripə bənzər simptomlara, habelə dəridə irinli yaralara səbəb olur və adətən yüngül keçir, lakin ölümcül də ola bilər. Uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlarda fəsadlar riski daha yüksəkdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!