Böyük Britaniyada tətbiq edilən sudan istifadə üzrə məhdudiyyətlərlə ümumilikdə 20,5 milyon insan üzləşə bilər.
Yenisabah.az "Daily Mail"ə istinadla xəbər verir ki, iki böyük kommunal şirkət artıq müvəqqəti tədbirlər tətbiq edib.
Onlar vətəndaşları bitkiləri sulamaq, avtomobilləri və evlərin fasadlarını yumaq, hovuzları doldurmaq üçün şlanqlardan istifadə etməməyə çağırıblar. pizza sifarişi
Qeyd edək ki, cümə axşamından etibarən belə bir tədbir Hempşir qraflığında və Uayt adasında 1,1 milyon insana şamil edilib.
Bir həftə sonra isə oxşar tövsiyələr daha 2,2 milyon insanın yaşadığı Kent və Sasseks qraflıqlarında da tətbiq olunacaq.
Telegram kanalımız