Böyük Britaniyanın eks baş naziri Boris Consonun istefasından sonra ötən gün onun yerinə bu ölkənin keçmiş xarici işlər naziri Liz Trass yeni Baş naziri seçildi.
Bundan sonra yeni Baş nazir Liz Trassın həyatı və karyerası cəmiyyətdə maraq obyektinə çevrildi.
Yenisabah.az Böyük Britaniyanın üçüncü qadın Baş nazirin bioqrafiyasını təqdim edir: Pepperoni pizza
Əsl adı Elizabet Meri Trass olan Liz Trass 26 iyul 1975-ci ildə Oksfordda anadan olub. Trassın 2021-ci ildən Böyük Britaniyanın xarici işlər naziri, 2019-cu ildən isə Qadınlar və Bərabərlik Naziri vəzifələrində işləməsi onun ən yaxşı tanınan britaniyalı konservant (mühafizəkar) siyasətçi olmasına rəvac verib.
Mühafizəkarlar Partiyasının üzvü olan 47 yaşlı Trass Baş nazir Devid Kemeron, Tereza Mey və Boris Consonun hökumətlərində bir neçə kabinet vəzifəsində çalışıb.
2001-ci ildə siyasətə qədəm qoyan Liz Trass keçən il Britaniya tarixində ikinci qadın xarici işlər naziri olaraq tarixə keçib. Parlamentə daxil olandan bəri Trass daxili və xarici siyasətlə bağlı hökumətdə bir sıra əsas vəzifələrə təyin edilib. Britaniyanın yeni liderinin riyaziyyat professoru olan atası və tibb bacısı olan anası “solçu” olduqlarını hər zaman etiraf ediblər. Amma o, ailə ənənəsini davam etdirməyərək mühafizəkarların tərəfini tutub.
Trassın karyerasında ən maraqları məqamlardan biri isə liberal olduğu zamanlarda monarxiyanın ləğvinə dair səsləndirdiyi çıxışlar olub.
Britaniya tarixində Marqaret Tetçer və Tereza Meydən sonra bu posta gələn üçüncü qadın Baş nazir olan Liz Trassın şəxsi həyatı isə çox qapalıdır.
Belə ki, 2006-cı ildə, onun o vaxtı evli olan “Tory” partiyasının millət vəkili Mark Field ilə münasibəti ictimaiyyətə açıqlandıqdan sonra Trassın şəxsi həyatı çətin vəziyyətə düşdü.
Bununla belə, xanım Trass evliliyini qoruya bildi və o, 2019-cu ildə verdiy müsahibədə "həqiqətən xoşbəxt bir ailəsinin olduğunu" söyləyib.
Qeyd edək ki, 2000-ci ildə mühasib Haq Oleri ilə ailə həyatı quran Trassın 2 övladı var.
Rafi MÜSLÜMOV
Telegram kanalımız