Dünyaca məşhur pop ulduzu Britney Spearsin (Britni Spirs) çılpaq paylaşımları ilə gündəm olması onun övladları ilə münasibətlərini pozub. Məşhur müğənninin böyük oğlu verdiyi müsahibədə anası haqqında danışarkən onun diqqət çəkmək üçün soyunduğunu deyib. Bundan sonra Britni Spirs son paylaşımı ilə oğluna "dərs verib". O, yenə soyunub.
Yenisabah.az xarici mediaya istinadla bildirir ki, Britni Spirsin 15 yaşlı oğlu Jaydenın (Ceydn) dünənki müsahibəsindəki anasını tənqid edən "bir kitab al, oxu" və “diqqət üçün soyunur” ifadələri gündəmə səbəb olub. Oğlunun tənqidlərinə yenidən soyunaraq cavab verən Britni Spirs verdiyi açıqlama ilə həmkarlarından da dəstək alıb. Çəkdiyi klipdə Elton Conla işləməkdən çox həyəcanlı olduğunu, uşaqlıqdan ona heyran olduğunu dilə gətirən müğənni oğullarını nə qədər çox sevdiyini və onları çox ağıllı gördüyünü izah edərək reaksiyalara cavab verib. O, daha sonra oğullarından üzr istəyərək “Diqqət çəkmək üçün soyunduğumu düşündüyünüzə görə narahatam” yazıb.
Müğənni sosial şəbəkələrdən istifadəyə davam edəcəyini də qeyd edib: Sezar pizza
“Sənə bir xəbərim var... Mən də Allahın övladıyam, hamımız Allahın nəzarətindəyik... buna görə də yox! Mən “YOX” deməyi öyrəndim”- yazıb
İmamət İSMAYILOVA
Telegram kanalımız