Brüsseldə kritik görüş: Azərbaycan əleyhdarları bu saatda toplaşır

saytların hazırlanması

Evə çatdırılma

Brüsseldə kritik görüş: Azərbaycan əleyhdarları bu saatda toplaşır

Siyasət

05 Aprel 2024 10:04 2424


Bu gün - aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen arasında üçtərəfli görüş keçiriləcək. 

Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşün vaxtı məlum olub. 

Belə ki, görüş Bakı vaxtı ilə saat 14:00-a planlaşdırılıb.  Marqarita pizza

Xatırladaq ki, sözügedən görüş Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək. 

Qeyd edək ki, rəsmi Bakı bu gün Brüsseldə keçiriləcək görüşlə bağlı narahatlığını dəfələrlə dilə gətirib. Analitiklər məhşur üçlüyün Azərbaycan əleyhinə qərarlar qəbul edəcəyini istisna etmirlər. Onların fikrincə, Ermənistan hökümətinin başçısı Nikol Paşinyanın Qərb dairələrinin “tələ”sinə düşərək, Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsi sülh prosesinə ciddi zərbə vuracaq. 

Bəzi analitiklər Azərbaycanla Ermənistan arasında bu günə kimi sülh müqaviləsinin imzalanmamasını rəsmi İrəvanın “ikibaşlı oyun” oynaması ilə əlaqələndirirlər. 44 günlük Vətən müharibəsi nəticəsində biabırçı məğlubiyyətə uğrayan Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi də birbaşa Qərbin açıq və gizli dəstəyi ilə əlaqələndirilir. 

Aytac ŞAHİN 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!