BSU-nun sabiq şöbə müdirinə 6 il həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

BSU-nun sabiq şöbə müdirinə 6 il həbs cəzası verildi

Kriminal

20 Noyabr 2023 10:08 1389


Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevaya hökm oxunub.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, BSU-nun sabiq şöbə müdirinə 6 il müddətinə azadlıqdan məhrum edilib. Pepperoni pizza

Xatırladaq ki, ötən prosesdə prokuror D.Əliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməllər törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!