“Bu adamlar bədbəxt olacaq” – Yazıçı sevib evlənənlərdən danışdı 

saytların hazırlanması

Evə çatdırılma

“Bu adamlar bədbəxt olacaq” – Yazıçı sevib evlənənlərdən danışdı 

Sosial

01 İyul 2024 09:32 892


Yazıçı Aqşin Yenisey sosial şəbəkə hesabında evliliklərlə bağlı paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o, həyat yoldaşını ictimai mühitdən seçənlərin ya boşandığını, ya da ömür boyu kor-peşman həyat yaşadığını bildirib:

"Belə mövzularda az danışan adamam. Amma fikri ciddi olan gənclərlə təcrübələrimizi bölüşməliyik. Sezar pizza

Azərbaycanda istər kişi olsun, istər qadın, fərq etməz. Həyat yoldaşını ictimai mühitdən seçənlərin, demək olar ki, hamısı ya boşanır, ya da bütün ömür boyu kor-peşman bir həyat yaşayırlar.

Kim ki, görücü üsulu ilə ailə qurur, kim ki xalası qızı, bibisi oğluyla evlənir, bütün problemlərə baxmayaraq, ən azı, yarıxoşbəxt bir həyat yaşayır.

Bunun sosioloji səbəbləri var:

1. İctimai mühit insanı üçün hədəf ailə deyil, şəxsi karyeradır.

2. İctimai mühit Şərqdə kişilərlə qadınların birləşdiyi deyil, ayrıldığı yerdir. Yəni cinsəl olaraq gizli düşmənçilik mühitidir.

3. Ənənə “Leyli və Məcnun” kodunu ta uşaqlıqdan beyinlərə yerləşdirib: Şərqdə sevib evlənmək mümkün deyil. Mümkün olmayana cəhd edənlər bədbəxt olacaqlar. İstisnalar mənlik deyil həmişəki kimi".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!