“Bu, ayıbındır“ - İntim videoya müğənninin təpkisi

saytların hazırlanması

Evə çatdırılma

“Bu, ayıbındır“ - İntim videoya müğənninin təpkisi

Şou

15 Mart 2023 10:22 1158


Azərbaycanı 2016-cı ilə Avroviziyada təmsil edən müğənni Səmra Rəhimli sosial şəbəkələrdə “Kişi arvadını dostu ilə tutdu” başlığı ilə paylaşılan videoya münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, 28 yaşlı ifaçı hadisəyə sərt reaksiya verib:

“Uşaq vaxtı bir veriliş var idi, “Sam sebe rejisyor”… Orada bir mahnı vardı ki, “Mən həmişə özümlə video, kamera götürürəm”. Toyuqlu pizza

Sözüm odur ki, niyə hər şeyi çəkib paylaşırsınız axı? Bunun bir limiti olmalıdır. Bunu da paylaşmazsan. Bu, sənin ailənin içidir. Bu, sənin ayıbındır. Paylaşanda nə olur ki? Danışdırsan, vallah, hamısı ona-buna mız qoyan, əxlaq, adət-ənənə, mentalitet dərsi verənlərdir bunlar”.

Qeyd edək ki, bölgələrin birində kişi arvadının ona xəyanət etdiyini öyrənib və onu telefonu ilə videoya çəkib. Sözügedən görüntülər qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!