Bu dəfə kişini şantaj edib pulunu aldılar

saytların hazırlanması

Evə çatdırılma

Bu dəfə kişini şantaj edib pulunu aldılar

Kriminal

22 Mart 2023 10:46 994


Xaçmaz sakininin əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 3500 manat alan şəxs saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 5000 manat pul tələb etməsini və 3500 manat aldıqdan sonra sərbəst buraxmasını bildirib.  Pepperoni pizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb. 

Xaçmaz polisi tərəfindən araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!