“Bu dərd ölənə kimi səni yandırır“ - Nazpəri Dostəliyeva

saytların hazırlanması

Evə çatdırılma

“Bu dərd ölənə kimi səni yandırır“ - Nazpəri Dostəliyeva

Şou

13 May 2023 12:34 1310


Xalq artisti Nazpəri Dostəliyeva oğlu Ələkbərdən danışıb kövrəlib. 

Axşam.az xəbər verir ki, müğənni övladının sabah ad günü olacağını deyib. "Zaurla Günaydın" verilişində danışan Dostəliyeva böyük oğlu Əlinin vəfatını xatırlayaraq bunları deyib:

"3 ildir Ələkbər ad günü etmir. Yığışıb oturarıq, ad günün mübarək. Bir yerdə olsaq yaxşıdır (kövrəlir). Qardaşının vəfatından sonra ad günü etmir. Hətta deyir ki, bir araya da yığışmayın, pis oluram, qardaşımı görmürəm. Heç uşaqların da ad gününü keçirtməyi qoymur. Deyirəm ki, onlar uşaqdır, olmaz.  pizza mizza

Bir Allah bilir ki, çox çətindir. Ürəyində ağrı, acı, dərd daşıyırsan ki, ölənə kimi səni yandırır".

Qeyd edək ki, Nazpərinin oğlu Əli ürəktutmasından dünyasını dəyişib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!