Bu dönərxanalar bağlandı - Şok fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bu dönərxanalar bağlandı - Şok fotolar

Sosial

04 Noyabr 2024 18:07 854


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər zamanı Bakıda altı dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Qeyd olunub ki, həmin dönərxanalarda qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Yoxlama zamanı Yasamal rayonunda bir, Nizami rayonunda üç, Binəqədi rayonunda isə iki dönərxananın fəaliyyətində nöqsanlar müəyyən olunub. pizza hut

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!