“Bu, ədalətsizlik, ikili standartların təzahürü və qanunsuzluqdur” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Bu, ədalətsizlik, ikili standartların təzahürü və qanunsuzluqdur” - Deputat

Siyasət

15 Dekabr 2020 13:54 3770


"S-400 hava hücumundan müdafiə sistemlərinin Rusiyadan alınmasına görə ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etməsi ədalətsiz, qərəzli qərar, ikili standartların və qanunsuzluğun bariz nümunəsi kimi qiymətləndirilməlidir". 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, ABŞ tərəfindən əvvəllər də Türkiyəyə qarşı belə bir təcrübə olub. Xüsusən də Kipr hərəkatı zamanı Türkiyəyə silah embarqosunun tətbiqi, FETÖ və sair məsələlər iki ölkə arasında gərginliyin artmasına səbəb olan məqamlardandır: Marqarita pizza

"Zaman-zaman Türkiyə və ABŞ arasındakı münasibətlərin gərginləşməsi fonunda ABŞ silahlarının Türkiyəyə verilməməsi, əngəllənməsi, verilən silahların istifadəsi ilə bağlı müəyyən narahatlıqlarını dilə gətirib. Sözsüz ki, Türkiyə ABŞ-ın tətbiq edəcəyi sanksiyalara qarşı sərt reaksiyasını bildirib. Eyni zamanda rəsmi Ankara Vaşinqtonu ədalətsiz sanksiyaları yenidən nəzərdən keçirməyə və səhvləri ən qısa müddətdə düzəltməyə dəvət edib. O da vurğulanıb ki, Türkiyə məsələnin ittifaq ruhuna uyğun olaraq, dialoq və diplomatiya yolu ilə həllinə hazırdır".

Millət vəkili deyib ki, ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları Azərbaycan dövləti də qəbuledilməz hesab edib:

"Ölkə Prezidentimiz İlham Əliyev NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunmasını ədalətsizlik, ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirir. Azərbaycan hər zaman olduğu kimi Türkiyəni, qardaş ölkənin verdiyi qərarları birmənalı olaraq dəstəkləyir. Ümid edək ki, ABŞ bölgədəki ən önəmli müttəfiqlərindən biri, NATO-da ən güclü ordulardan birinin sahibi olan Türkiyə ilə yeni problemlərinin meydana çıxmasını istəməz. Türkiyə öz növbəsində milli təhlükəsizliyini təmin etmək üçün lazımlı hesab etdiyi tədbirlərdən çəkinməyəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!