Bu ərazilərdə İŞIQ OLMAYACAQ - XƏBƏRDARLIQ! 

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə İŞIQ OLMAYACAQ - XƏBƏRDARLIQ! 

Sosial

18 İyul 2024 13:31 556


Azərişıq ASC-yə məxsus Tovuz Elektrik Şəbəkəsinin ərazisində yerləşən və yeni inşa olunan 110/35/6 kV-luq “Tovuz” yarımstansiyasındakı son tamamlanma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. 

Yenisabah bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, bununla əlaqədar bu gün saat 11:00-dan saat 16:00-a qədər rayonun Ağdam, Vahidli, Dondar Quşçu, Qazıqulu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

Həmin kəndlərin elektrik enerjisi ilə təmin edən 35 kV-luq “Ağdam” hava xətti yeni yarımstansiyaya qoşulduqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!