Bu ərazilərdə polis postları qurulacaq - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə polis postları qurulacaq - VİDEO

Sosial

12 Dekabr 2020 08:30 1313


Dekabrın 14-dən etibarən Azərbaycan ərazisində beş şəhər və 12 rayonda giriş-çıxışlara məhdudiyyət qoyulacaq. Bununla da həmin ərazilərdə karantin postları yaradılacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib ki, sərt karantin rejimi ilə əlaqədar həmin ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Şöbə rəisi bildirib ki, bununla yanaşı, dekabrın 14-dən etibarən sərt karantin tətbiq edilən beş şəhər və 12 rayonun ərazisində də hərəkət məhdudiyyəti tətbiq ediləcək. Həmin ərazidə yaşayan və fəaliyyətinə icazə verilməyən şəxslər yalnız SMS icazə ilə yaşayış yerini müvəqqəti tərk edə bilərlər. Bunun üçün də həmin şəhər və rayonların ərazisində karantin - nəzarət postları quraşdırılacaq. Dördpendirli pizza

Qeyd edək ki, postlar dekabrın 14-də saat 00:00-dan fəaliyyətə başlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!