Milli Hidrometeorologiya Xidmətinin dekabrın 23-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
"Yeni Sabah" xəbər verir ki, Sumqayıt, Şamaxı, Qobustan, Kürdəmir, Cəfərxanda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 2 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb. Sezar pizza
Telegram kanalımız