“Bu, Ermənistan üçün çox acı məğlubiyyətdir” - Partiya sədri

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Ermənistan üçün çox acı məğlubiyyətdir” - Partiya sədri

Siyasət

15 Dekabr 2020 12:59 1945


“Mən Dilqəm və Şahbaz bəyi, onların ailə üzvlərini, bütün xalqımızı təbrik edirəm. Bu, prinsipial bir məsələ idi və Ermənistan tərəfinin bütün sahələrdə olduğu kimi, bu sahədə də məğlubiyyətinin göstəricisidir. Dilqəm bəy Kəlbəcərdə öz valideynlərinin qəbrini ziyarət edəndə ömürlük həbsə məhkum olmuşdu. Bu gün həm Kəlbəcər, həm də Dilqəm və Şahbaz bəy azad olunub".

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib.

O qeyd edib ki, Ramil Səfərov kimi, Dilqəm və Şahbazın da azad edilməsi rəmzi bir məna ifadə edir: Pepperoni pizza

"Bu, biləyimizin gücünə olub, Avropa Şurasının, Beynəlxalq təşkilatların istəyi ilə yox. İllərdir onlar susqunluq nümayiş etdirirdilər, heç nə dəyişmirdi. Amma Azərbaycan Ordusunun biləyinin gücünə, xalqın, Ali Baş Komandanın iradəsinin gücünə biz bu naliyyəti əldə etdik. Mən hesab edirəm ki, bu Ermənistan üçün çox acı bir məğlubiyyətdir . Onlar miskin vəziyyətə düşüblər. Çünki Dilqəm bəyə bir ərizə də yazdırmaq istəyirmişlər ki, üzr istəsin, amma o fərqli şeylər yazıb, buna görə ona ciddi təzyiqlər olmuşdu. Bu gün ölkə prezidentinin ortaya qoyduğu söz təkrar olundu. Ramil Səfərov məsələsində yenə də dünya onun üzərinə düşmüşdü. Erməni lobbisi, onun tərəfdarları istəyirdilər ki, onu orada ömürlük həbsdə saxlatsınlar. Amma Ramil bəyin azad olunması üçün çox ciddi səylər göstərildi, mən bu işin içində olan adam kimi bunu çox dəqiq bilirəm. Ramil bəy təyyarədən enməmiş ölkə prezidenti onu təltif etdi, rütbəsini artırdı. Bununla ölkə prezidenti işarə edirdi, bildirirdi ki, kim vətəni sevirsə, ölkəsi üçün fədakarlıq edirsə, biz də ona həmişə sahib çıxacağıq".

Partiya sədrinin sözlərinə görə, hər iki hadisə cəmiyyət üçün çox ciddi mesajdır:

"Bu gün həm Azərbaycan xalqının əraziləri azad etməkdə qazandığı üstünlük, həm diplomatik-siyasi sahələrdə əldə etdiyi nəticələr və kapitulyasiyadan sonra Ermənistan tərəfinin istədiyimiz bütün şərtləri müzakirəsiz qəbul etməsi onu göstərir ki, Azərbaycan xalqı möhtəşəm bir qələbə qazanıb və bu naliyyətləri həm qoruyacağıq, həm də davam etdirəcəyik”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!