Bu gün Bakının dörd böyük rayonunda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Bakının dörd böyük rayonunda qaz olmayacaq

Sosial

31 May 2024 10:02 879


Sabunçu, Suraxanı, Xətai və Xəzər rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 31.05.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz" İB-dən bildirilib.

Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin (bir hissəsi), Suraxanı rayonu üzrə Yeni Suraxanı qəsəbəsinin (tam olaraq) və Əmircan qəsəbəsinin Həmid Axundlu ilə Vaqif küçələrinin, Xətai rayonu üzrə Xudu Məmmədov, Cavanşir, Məhəmməd Hadi küçələrinin, Xəzər rayonu üzrə Müslüm Maqomayev, Firdovsi küçələrinin, Xəzər rayonu üzrə isə Bolluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!