Bu gün Binəqədi işıqsız qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu gün Binəqədi işıqsız qalacaq

Sosial

23 Dekabr 2024 10:06 244


Bu gün Sulutəpə qəsəbəsi, Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış məhəllələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə 6 kV-luq hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar dekabrın 23-də elektrik xətləri sifarişə əsasən açılacaq. pizza hut

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Sulutəpə qəsəbəsində, saat 10:00-dan saat 15:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış məhəllələrində, Mədən 1, 2, 3, 4 və Korpuslar adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!