Bu gün BMT Baş Assambleyası Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyi iddia edilən İnsan Haqları Şurasından çıxarılmasına səs verəcək.
Yenisabah.az “Radio Liberty”yə istinadla xəbər verir ki, Rusiya artıq ikinci ildir ki, BMT-nin İnsan Hüquqları Şurasının üzvüdür. Hazırkı şuranın ümumi üzvlük müddəti isə üç ildir.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Ukraynanın Rusiya əsgərlərini Buça şəhərində onlarla mülki vətəndaşı öldürməkdə ittiham etməsindən sonra Rusiyanın şuradan çıxarılmasını tələb edib. Marqarita pizza
Qeyd edək ki, BMT-yə 193 üzv dövlətin daxil olduğu Baş Assambleyada səslərin üçdə ikisi ilə insan hüquqlarını sistemli və kobud şəkildə pozan istənilən ölkənin üzvlüyünü dayandıra bilər.
Telegram kanalımız