Bu gün Bakının Səməd Vurğun küçəsində baş vermiş silahlı insident zamanı yaralananlardan biri tələbədir.
Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, güllə yarası alan 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetində təhsil alır.
Universitetdən məlumatı saytımıza təsdiq ediblər. pizza hut
Hadisə yerinin yaxınlığındakı restoranda çalışan hal şahidi bildirib ki, atəş səsi eşidən kişi çölə çıxıblar:
"Həmin vaxt artıq cinayətkar qaçmışdı. Yaralılar ayağından vurulmuşdu. Dərhal təcili yardım çağırdıq, həmin əsnada yaralılardan biri mənə bildirib ki, tələbədir".
Telegram kanalımız