Bu gün “Neftçi“ - “Qarabağ“ oyunu var

saytların hazırlanması

Evə çatdırılma

Bu gün “Neftçi“ - “Qarabağ“ oyunu var

İdman

26 Aprel 2026 09:18 327


Bu gün Misli Premyer Liqasında XXIX turun daha iki oyunu keçiriləcək.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, ilk olaraq "Şamaxı" "Kəpəz"i qəbul edəcək.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.

Meydan sahibləri 32 xalla 8-ci, Gəncə klubu 21 xalla 10-cu pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Neftçi" və "Qarabağ" münasibətlərə aydınlıq gətirəcəklər.

"Palms Sports Arena"da matç saat 19:00-da başlayacaq. Ağdam təmsilçisi 56 xalla ikinci, "ağ-qaralar" 44 xalla dördüncüdür.

Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!