Bu il Bakıda Şaxta baba və Qar qız olmayacaq   - Rəsmi 

saytların hazırlanması

Evə çatdırılma

Bu il Bakıda Şaxta baba və Qar qız olmayacaq - Rəsmi 

Sosial

16 Dekabr 2020 13:37 1028


Qarşıdan gələn “Yeni il” və “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) müzakirə aparılıb.

Yenisabah.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, iclasda şəhərin bəzədilməsilə bağlı qərar verilib.

Qərara əsasən, əvvəlki illərdəki kimi paytaxtda lisenziya əsasında Şaxta baba və Qar qızların fəaliyyəti nəzərdə tutulmayıb. Həmçinin, BŞİH tərəfindən bayram yarmarkalarının təşkililə bağlı hələlik qərar olmadığı bildirilir. pizza mizza

Ümumilikdə BŞİH tərəfindən verilən qərarın icrası ilə bağlı isə Nazirlər Kabineti yanında Operativ Qərargahının icazəsi olmalıdır. Operativ Qərargah isə məsələ ilə bağlı qərarını hələlik elan etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!