Bu il dünyada 37 milyon insan ölüb - “Ehtiyatı əldən verməyək“

saytların hazırlanması

Evə çatdırılma

Bu il dünyada 37 milyon insan ölüb - “Ehtiyatı əldən verməyək“

Sosial

18 Avqust 2020 12:44 926


"2020-ci ilin 18 avqust tarixinədək ümumilikdə 37 milyon 140 min insan dünyasını dəyişib". 

Yenisabah.az xəbər verir ki, bunu Əməkdar jurnalist Azər Həsrət deyib. Onun sözlərinə görə, ölüm səbəbləri müxtəlifdir:

"37 milyon insanın cəmi 777 min 670-i, yəni 2.1 faizi koronavirusdan ölüb. Göründüyü kimi, bu, faiz olaraq çox cüzidir. Bu müddət ərzində yol-nəqliyyat hadisələri nəticəsində 852 min 373 nəfər dünyasını dəyişib". Pepperoni pizza

Azər Həsrət sözügedən rəqəmlərin insanları arxayınlaşdırmamalı olduğunu vurğulayıb:

"Çünki koronavirusdan ölüm faizi aşağı olsa da, riski və ehtimalı digər səbəblərdən daha çoxdur. Demək istədiyim odur ki, rəqəmlərə aldanıb ehtiyatı əldən verməyək. Maska, məsafə, təcrid mütləq davam etməlidir. Özü də bunu polis nəzarəti olduğu üçün etməməliyik. Hər birimiz anlayışlı olub qaydalara əməl etsək, normal həyata dönə bilərik. Hətta rayonlara gediş-gəliş də açılsa, təhlükə ciddi olan deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!