Bu il dünyada işsizlərin sayı artacaq - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

Bu il dünyada işsizlərin sayı artacaq - Hesabat

Dünya

17 Yanvar 2022 18:00 664


2022-ci ildə dünyada işsizlərin sayının 207 milyon nəfər olacağı gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu proqnozu Beynəlxalq Əmək Təşkilatı (BƏT) açıqlayıb.

Bu rəqəm böhrandan əvvəlki 2019-cu illə müqayisədə 21 milyon nəfər çoxdur. pizza mizza

Cenevrədə dərc olunmuş hesabatında deyilir ki, pandemiyanın yaratdığı böhran müxtəlif işçi qruplarına və ölkələrə fərqli təsir göstərib ki, bu da ölkələr daxilində və ölkələr arasında bərabərsizlikləri dərinləşdirir və demək olar ki, bütün dövlətlərin iqtisadi, maliyyə və sosial əsaslarını zəiflədir.

Adambaşına düşən gəlirləri yüksək olan ölkələr əmək bazarında daha güclü canlanma göstərir, orta gəlirləri aşağı olan ölkələr isə daha pisdir.

BƏT-in Baş Direktoru Qay Rayderin fikrincə, əmək bazarında vəziyyəti yaxşılaşdırmadan dünya iqtisadiyyatında real bərpa ola bilməz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!