V qrupda qabiliyyət imtahanları ləğv olundu, ballar artırıldı

saytların hazırlanması

Evə çatdırılma

V qrupda qabiliyyət imtahanları ləğv olundu, ballar artırıldı

Sosial

10 Sentyabr 2020 16:29 1259


“Ola bilsin bu il qabiliyyət imtahanı ləğv edilən bədən tərbiyəsi və idman ixtisaslarında keçid balı 150-yə yaxın olsun. Çünki bu il çox sənəd verənlərin sayı çoxdur. Birinci imtahananın nəticələrini müzakirə edəndə görürük ki, bu qrupa sənəd verən abituriyentlərin balları 150-dən yuxarıdır”.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, çox vaxt idmanla tanışlığı olmayan və sağlamlığı elə də normal səviyyədə olmayanlar məhz həmin ixtisası seçir: “Düşünürlər ki, bu ixtisaslar üçün keçid balları aşağı olur. Əgər onlar sağlamlıq haqqında arayışı təqdim edə bilməsələr, boş qalan yerlər ikinci mərhələdə müsabiqəyə çıxarılacaq. Çünki ali məktəbə sənəd qəbulu zamanı yox, amma müsabiqədən keçəndə müəyyən sənədlər tələb olunacaq”.   Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!