Son vaxtlar elan saytlarında fərqli tərzdə olan mənzillərin satışı xeyli artıb. Ən çox maraqla qarşılanan evlər isə paytaxtın bir sıra məşhur otellərində təqdim olunan mənzillərdir. Bu tip əmlakların qiyməti yenitikili binalardakı mənzillərdən xeyli bahadır. Bəs görəsən, belə mənzillərin digərlərindən üstünlüyü nədir?
Həqiqətən onlara yüksək məbləğlərdə pullar ödəməyə dəyərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, belə mənzillərin real bazar dəyəri elanlarda qeyd olunanlardan 2 dəfə aşağıdır: pizza mizza
“Həmin elanlar daha çox real bazar dəyərini əks etdirmir. Yəni mənzil real bazar dəyərindən bəlkə də 2 dəfə artıq qiymətə təklif olunur. Çünki doğrudan da “Hilton” oteldə və digər otellərdə olan mənzillər yeni tikililərdə olan mənzillərdən daha prestijli sayılır. Yəni prestij əlavə dəyərverici amili kimi çıxış edir.
“Harada yaşayırsan?” və “Harada evin var” sualları qarşısında mənzil sahibi “Hilton” oteldə yaşadığını dedikdə, təbii ki, bu, üstünlüyü ortaya qoymuş olur. Bu kimi mənzillərin təmiri və aksessuarlarında da müəyyən fərqlər var. Belə mənzillərdə, obyektlərdə təmir aparmaq baha başa gəlir. Tutaq ki, yaxşı təmirin 1 kvadratmetri digər binalarda 450-500 manat civarındadırsa, oteldə ən az ikiqatı dəyərindədir”.
Vüqar Oruc əlavə edib: “Əlbəttə, həmin mənzillərin qiyməti daha yüksək olur. Hesablamalarımıza görə, ölkədə əmlak qiymətləri artana qədər sözügedən otellərdə, xüsusən “Hilton”da mənzilin 1 kvadratmetrinin dəyəri 7-8 min manat civarında idi. Şübhəsiz, indi qiymətlər daha da yüksəlib. Maksimum 10-12 min civarında ola bilər. Sözügedən elanda isə mənzilin kvadratı 17 min manata gəlib çıxır. Bu da təbii ki, real bazar dəyərini əks etdirmir. Həmin mənzillər sadəcə prestij, mənzərə və təmir baxımından digərlərindən fərqlənir”.
Nazim Hacıyev
Telegram kanalımız