“Bu məsələ heç kimin vecinə deyil“   - Fazil Mustafa

saytların hazırlanması

Evə çatdırılma

“Bu məsələ heç kimin vecinə deyil“ - Fazil Mustafa

Siyasət

23 Fevral 2021 12:03 1801


“Neçə vaxtdır ki, karantin rejimiylə bağlı məsələləri qaldırırıq. Ancaq heç kim reaksiya vermir. Sanki bu məsələlər heç kimin vecinə deyil”.

Yenisabah.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxış edərkən edib.

O qeyd edib ki, hansısa yerlərin bağlı olmasına görə heç kimdən əks reaksiya da ala bilmirsən: Marqarita pizza

“Söhbət insanların yoxsullaşmasından gedir. Heç olmasa yığışın deyin ki, “istəyirik camaat yoxsullaşsın”. Deyin ki, “istəyirik demoqrafiq vəziyyət dəyişsin, əhalinin sayı azalsın”. Heç bunu çıxıb deyən yoxdur. Neçə gündür ki, bu məsələləri qaldırırıq, ancaq reaksiya verən yoxdur”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, Operativ Qərargah məsələlərlə bağlı vaxtında reaksiyalar verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!