Bu ölkə fransız dilindən imtina etdi 

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkə fransız dilindən imtina etdi 

Dünya

01 May 2024 13:00 380


Seneqal rəsmi dil olaraq fransız dilindən imtina edib. 

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, 1960-cı ildə Fransa müstəmləkəçiliyindən azad olan Seneqal ərəb dilini alternativ rəsmi dil olaraq qəbul edib. 

Seneqal hökumətinin müvafiq qərarı Nazirlər Kabinetinin iclasından sonra qəbul olunub.  pizza mizza

Bu qərar Seneqalda baş verən siyasi dəyişikliklərin fonunda misilsiz addım olaraq qiymətləndirilib. Belə ki, aprelin əvvəlində ölkənin yeni seçilmiş prezidenti Bassiru Diomay Fay Fransa hərbçilərinin Seneqalı tərk etməsini tələb edib. 

Seneqal prezidenti, həmçinin, Parislə bütün əvvəlki sazişlərin yenidən gözdən keçirilməli olduğunu bildirib. O, bunu Seneqalın daha çox siyasi və iqtisadi azadlıq əldə etmək istəyi ilə əsaslandırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!