Bu ölkədə 2015-ci il başladı

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə 2015-ci il başladı

Dünya

12 Sentyabr 2022 13:41 954


Efiopiya xalqı bu gün 2015-ci ilə daxil olub.

Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, Efiopiyanın rəsmi təqvimi "Həbəşə təqvimi" adlanır və təqvimin ilk günündə "Enkutataş bayramı", yəni yeni il mərasimləri keçirilir.

Təqvimə əsasən il 13 aydan ibarətdir. Ayların adları Efiopiya xalqına məxsus Amhar dilində yazılır. 12 ayın hər biri 30 gündən ibarətdir. 13-cü ay isə "Pagume" adlanır ki, bu da yunancadan tərcümədə “qalıq, artıq” deməkdir. 13-cü ay 5 gündən və hər 4 ildən bir isə 6 gündən ibarət olur. Toyuqlu pizza

Həbəşə təqvimi dünya ölkələrinin istifadə etdiyi Qriqori təqvimindən 7 il 8 ay geridədir. Bu fərqin səbəbi isə Efiopiya xristianlarının dini inancları - İsa peyğəmbərin dünyaya gəlişi ilə bağlı olan fərqliliklərlə əlaqədardır.

Təqvimdə 13 ayın olmasının səbəbi isə Qədim Misir təqvimi ilə əlaqədardır. Bu təqvimə görə, Efiopiyada yeni ilin hər il 11 və ya 12 sentyabr tarixlərində Nil çayı özünün ən bol sulu dövrünü yaşayır və efiopiyalıların görə bu hadisə ölkəyə “yeni həyat” gətirir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!