Bu ölkədə temperatur kritik həddə çatdı: qırmızı xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bu ölkədə temperatur kritik həddə çatdı: qırmızı xəbərdarlıq

Dünya

24 İyul 2023 07:50 3868


Əlcəzairdə havanın yüksək temperaturu davam edir.

“Yeni Sabah” “TRT Haber”ə istinadla xəbər verir ki, Əlcəzairdə havanın yüksək temperaturu davam edir və bəzi şəhərlərdə 48 dərəcəni keçib. Xəbərdarlıq səviyyəsi narıncıdan qırmızıya yüksəldilib. Əlcəzair Meteorologiya İdarəsinin təsnifatına görə, narıncı rəng “çox təhlükəli” vəziyyətin baş verdiyini və ya gözlənildiyini, qırmızı rəng isə müstəsna dərəcədə ağır “çox təhlükəli” vəziyyətin baş verdiyini və ya gözlənildiyini bildirir.

Əlcəzair Mülki Müdafiə İdarəsi ölkənin şimalında 7 şəhərdə meşə yanğınlarının baş verdiyini, söndürmə işlərinin davam etdiyini açıqlayıb. Sezar pizza

Təxminən bir aya yaxındır ki, ölkənin paytaxtında havanın temperaturu 48 dərəcə, digər bölgələrdə isə 50 dərəcədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!