Aparıcı Turan İbrahimov bəzi həmkarlarını tənqid edib.
Yenisabah.az xəbər verir ki, sənətçi onların özünü Mirşahin Ağayevə oxşatdığını qeyd edib:
“Əziz həmkarlar, redaktorlar, müxbirlər! Sözü birbaşa, açıq, dolaşdırmadan və sadə ifadə etmək yerinə, oynamaq, oynatmaq, fırlatmaq, kəndirbazlıq və akrobatlıq etməyə nə lüzum var? Dördpendirli pizza
Hə, razıyam, məqamlarla buna zərurət ola bilər. Bu o demək deyil axı hər yazdığınız cümlədə, hər oxuduğunuz mətndə bunu etməlisiniz. Çox vaxt da söz oyunbazlığına başınız o qədər çox qarışır ki, yazdığınızda məna, danışdığınızda məntiq qalmır.
Bu ölkəyə bir nəfər Mirşahin bəs edir, kopyaları, təqlidləri isə ən yaxşı halda güldürür, xəbəriniz olsun!”.
Telegram kanalımız