Bu qrupa sənəd verən 3 082 abituriyent kənarda qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu qrupa sənəd verən 3 082 abituriyent kənarda qalacaq

Sosial

11 Sentyabr 2020 12:36 848


“Həmişə III qrup çoxsaylı abituriyentləri cəlb edir. Bu il həmin qrup üzrə 21 mindən çox abituriyent imtahanda iştirak edib”.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, müsabiqə şərtləri bu qrupda adətən yüksək olur: “Bu il III qrupda 12 286 plan yeri var. Müsabiqəyə buraxılanların və 200-dən çox bal toplayanların sayı isə 15 368 nəfərdir. Bu o deməkdir ki, 3 082 abituriyent istənilən halda kənarda qalacaq. Bu plan yerlərindən asılı məqamdır”. pizza hut

M.Abbaszadə bildirib ki, bu il üçün III qrup üzrə keçid balını aşağı salmağa ehtiyac yoxdur: “Çünki III qrupda kifayət qədər yüksək nəticə göstərən var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!