Bu qurum Kipri qan gölünə çevirmişdi -   Ərsin Tatar

saytların hazırlanması

Evə çatdırılma

Bu qurum Kipri qan gölünə çevirmişdi - Ərsin Tatar

Siyasət

04 Aprel 2021 11:48 937


Cənubi Kipr lideri Nikos Anastasiadis EOKA terror təşkilatının Kipri qan gölünə çevirdiyini tez unudub.

Yenisabah.az xəbər verir ki, bunu Şimali Kipr Prezdenti Ərsin Tatar deyib.

“EOKA 1 aprel 1955-ci ildə bomba və silahlarla Kiprdə terror aktları törətməyə başlayıb. Görünən odur ki, Anastasiadis EOKA-nın Kipri qan gölünə çevirdiyini tez unudub. “İngilislərdən sonra növbə Kipr türklərinə gələcək və onları silah gücü ilə adadan qovacağıq, getməyənləri də yox edəcəyik” deyən EOKA bir terror təşkilatıdır. Onlar 1955-58-ci illərdə yüzlərlə türk kəndini yandırıb, günahsız insanları qətl ediblər. Bunları unutmağımız mümkün deyil”, - Tatar bildirib. (Axar.az) Marqarita pizza

Qeyd edək ki, N.Anastasiadis EOKA döyüşçülərinə heyranlıq və ehtiramını bildirərək, Kiprin Avropa ailəsinə yenidən birləşənə qədər mübarizə aparacaqlarını deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!