Bu qurumun 5 əməkdaşı ordu sıralarına qoşuldu

saytların hazırlanması

Evə çatdırılma

Bu qurumun 5 əməkdaşı ordu sıralarına qoşuldu

Sosial

29 Sentyabr 2020 17:33 1190


Məlum olduğu kimi, bir neçə gündür erməni silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb və Ermənistan öz işğalçılıq siyasətini davam etdirir. Bu təxribata cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir.

Bütün Azərbaycan xalqı, hər bir vətəndaş milli ordumuzun, hərbçilərimizin təəssübünü çəkir və ordumuzun gücünə inanır. Bu günlərdə minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək hər an döyüşə getməyə hazır olduqlarını bildirir və Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir.   

Artıq Dövlət İmtahan Mərkəzinin 5 əməkdaşı da könüllü olaraq Azərbaycan Ordusu sıralarına qoşulub.  Marqarita pizza

Mərkəzdən Yenisabah.az-a verilən məlumatda bildirilir:

"Bir daha torpaqlarımızın işğaldan azad olunması üçün tam səfərbərliyə hazır olduğumuzu  bildirir və ordumuza şanlı qələbə arzu edirik!

Allah igid oğullarımızı qorusun! 

Qarabağ Azərbaycandır!".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!