Bu rayonda  pomidorlar sahələrdə çürüyür

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonda pomidorlar sahələrdə çürüyür

Sosial

03 Noyabr 2024 10:07 2812


Biləsuvar rayonunda pomidor sahələrində xəstəlik yayılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a rayon fermerləri məlumat verib.

Onların sözlərinə görə, məhsul xəstəlik səbəbindən sahələrdə çürüyüb. Marqarita pizza

Fermerlər həmçinin qeyd edib ki, bu ilin əvvəlindən pomidor sahələrinə zəruri aqrotexniki qulluqlar göstərməsinə baxmayaraq, hava şəraitinin əlverişsizliyi və dərman preparatlarının keyfiyyətsizliyi üzündən hər yığımda demək olar, 50 faiz zərərlə üzləşiblər. On iki dəfəyədək yığılmalı olan məhsul, bu il cəmi 3 dəfə yığılıb.

Məsələ ilə bağlı Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, pomidorun yetişdirilməsi ilə əsasən rayonun Ağalıkənd, Səmədabad, Ağayrı və Günəşli kəndərində ixtisaslaşmış təcrübəli mütəxəssislər məşğuldur. Bu günədək sahələrdən tədarük olunan 38 min tondan çox məhsulun 70 faizi paytaxt və region bazarlarına çıxarılıb. Məhsuldarlıq isə 400-500 sentner civarındadır. Havaların yağıntılı keçməsi ilə əlaqədar bəzi əkin sahələrində göbələk xəstəlikləri yayılıb. Xəstəliklərlə bağlı fermerlərə müvafiq tövsiyələr verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!