Bu rayonlar üzrə pensiya ödənişlərində dəyişiklik oldu

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonlar üzrə pensiya ödənişlərində dəyişiklik oldu

Sosial

07 Sentyabr 2020 12:50 876


Pensiya təminatı üzrə xidmətlərin keyfiyyətinin artırılması və bu sahədə idarəçiliyin optimal əsaslarla təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-in həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına verilib.

Bununla əlaqədar həmin şəxslərə pensiyalar da 2020-ci ilin sentyabr ayından etibarən hər ayın 14-16-sı aralığında ödəniləcək ki, bu da onların pensiyalarının hər ay daha tez ödənilməsi istiqamətində daha bir addımdır. pizza mizza

Eyni zamanda, Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş və təyin olunacaq şəxslər hər hansı sualları olduqda DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (012) 563-55-46; (012) 563-55-47; (012) 563-55-34 nömrəli telefonlar vasitəsilə müraciət edə bilərlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!