Bu rayonlarda duman var

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonlarda duman var

Sosial

15 Noyabr 2024 09:30 381


Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Noyabrın 15-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin noyabrın 14-ü günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağıb. Dördpendirli pizza

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm, Neftçala, Lənkəranda 1 mm-dək olub.

Yevlax, Zərdab, Şəmkir, Şamaxı, Qax, Qobustan, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-də 3, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!