Türkiyəli aktyor Oktay Kaynarcanın adından “Tiktok”da saxta hesab açılaraq pul toplamağa başlanılıb.
Yenisabah.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bunun fırıldaqçıların işi olduğunu deyib:
“Sosial şəbəkələrdə adıma səhifə açıb yardım toplamaq bəhanəsi ilə fırıldaq etməyə çalışan bir vicdansız var. Xahiş edirəm, belə hesablara və insanlara inanmayın. Bu şərəfsizlər haqqında şikayət etmişəm. Ümid edirəm dünya gözü ilə onları qarşımda görəcəyəm”. Pepperoni pizza
Telegram kanalımız