Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək   - Tarix açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək - Tarix açıqlandı

Sosial

06 Noyabr 2024 21:48 1461


9 -24 noyabr tarixlərində COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcək.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı -Fast Track yaradılıb, iştirakçılara dəstək göstərmək üçün könüllülər işə cəlb olunub.

Fast Track-sürətli keçid zolağından istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Bura Abşeron Dairəvi marşrutu üzrə sürətli qatarlardan istifadə daxildir". Dördpendirli pizza

Eyni zamanda, noyabrdın 9-dan avtobuslardan və metrodan istifadə də COP29 tədbirində iştirak hüququ olan şəxslər üçün pulsuz olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!