Bu şəxslər pensiya hüququndan   məhrum olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslər pensiya hüququndan məhrum olacaq

Sosial

29 Noyabr 2024 14:01 36139


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, vətəndaşın kiçik məbləğdə belə sosial sığortası varsa, ona kapital amnistiyası təqdim edilir. O, parlamentdəki çıxışında “Əgər vətəndaş heç vaxt işləməyibsə, heç vaxt sosial sığorta ödəməyibsə, onların pensiya sisteminə cəlb edilməsi hansı təcrübəyə, hansı məntiqə uyğun ola bilər?” fikirlərini səsləndirib.

Maraqlıdır ki, bu gün ölkəmizdə bir çox müəssisələr iş təcrübəsi olmayan şəxsləri işə götürmür. Bu halda işsizlərin işlə təminatı necə həyata keçirilməlidir ki, gələcəkdə pensiya hüququndan istifadə edə bilsinlər?

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev öz fikirlərini Bakues.az-la bölüşüb. pizza mizza

Onun sözlərinə görə, nazirin vurğuladığı fikirlər “Əmək pensiyaları haqqında” və eyni zamanda “Sosial sığorta haqqında” qanunlarına əsaslanıb:

“Şəxsin əmək pensiya hüququnun olması üçün təxminən 25 il əmək stajına sahib olmalıdır. Eyni zamanda pensiya kapitalında 40 320 manat nəzərdə tutulub. Şəxs işləməlidir ki, onun pensiya kapitalından bəlli yığım əldə olunsun və gələcəkdə pensiya ala bilsin. İşləməyən insanlara isə yaşa görə müavinət nəzərdə tutulub”.

Ü.Şəfiyev qeyd edib ki, ölkəmizdə işsizlik səviyyəsi statistika olduğu kimi 5.6 faiz təşkil edir. Hökumət işsizliyin aradan qaldırılması üçün hər bir ölkə kimi, Azərbaycan da müvafiq addımlar atır:

“Yeni iş yerlərinin açılması məsələsi bütün ölkələrdə prioritet lərdən biridir. Hər il Azərbaycanın əmək bazarına 100 min işçi daxil olur. Lakin buna baxmayaraq, ölkədə 300 min nəfər işsiz var. Bu şəxslərin işlə təmin olunması üçün addımlar atılır. Sadəcə olaraq, yeni iş yerləri əmək bazarına uyğun kadr hazırlığı fonunda təşkil olunmalıdır. Hazırda ölkədə 60 min işləyən pensiyaçı var. Bu şəxslər pensiyaya çıxanda yerinə işsizlər cəlb oluna bilər”.

Sosioloq hesab edir ki, işsizlər əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara sahib olmağa çalışmalıdırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Könül
    Yoldaşım 19 il dəmir yol işçisi olub minaya düşb bir ayağını itrib 300 manat pesiyə alır iki az yaşlı körpəm var işliyə bilmirem ayda 300 manatla dolanıram pesiya gəlmədən ərzaqı fikrləşirem uşaq pulnu nəzərə alın gələcəyə əsgər yetişdirik
    1 year ago
  • Nurlan
    Sosial mudafiə nazirliyi cammatı pis günə qoyub yalandan deyir 300 min adam işsizdi yalansa gözün çıxsın sahil babayeva azərbaycanda 5 milyonu işsizdi
    1 year ago
  • Ziyəddin
    Yaşayan alır yasamayanin pensiyasın verin ailesine .pensiya yaşına 100 neferden biri gəlib çatır oda çox alsa 2 il alır.bu ədalətsizlikdir.işlemeyenin deyirsiz ki pensiya almaq hüququ yoxdur iş oldu işlemedik, karyerden başqa iş yoxdur
    1 year ago
  • Memmed
    Pensiyanı birdefeylik uşaq pulu kimi leqv edin ürəyiniz rahat olsun.yoxsa gece gündüz fikirləşib bir pensiya yaşı qanununu ortaya qoya bilmirsiz .
    1 year ago
  • Memmed
    Pensiyanı birdefeylik uşaq pulu kimi leqv edin ürəyiniz rahat olsun.yoxsa gece gündüz fikirləşib bir pensiya yaşı qanununu ortaya qoya bilmirsiz .
    1 year ago
  • Rüsəm
    Sovet dövründə calışmışam İndi isə şəxsi təsərrüfatımda işləyirəm,istehsal etdiyim əhsulu xalqa satıram. Bu dövlətin iqisadiyyatına xeyr verir və nəzrə alınmalıdır
    1 year ago
  • Aysel
    Cox sag olsun dovletimiz guya vetendasi yaslananda pensiya verir.Camaahat eziyyet cekib islediyi zaman pensiyasini az az yigir yaslanandada dovlet qaytarir.Dovlet ne ise yariyir bilinmir
    1 year ago
  • Amil ilyasov
    Summa cox boyukdu.40 mini veripde sonra 250-300manat almaq axilsizliq kimi bir seydi.Onsuz insan omru azalip pensiyaya cixandan sonra uzaqi 4-5il pensiya alasan qalan pulda batir
    1 year ago
  • Samir
    Sosial müdafiə naziri birmənalı olaraq xalqın rifahının əleyhinədir
    1 year ago