Bu şəxslərə 6 min manat veriləcək - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə 6 min manat veriləcək - RƏSMİ

Sosial

22 Oktyabr 2024 20:39 5693


Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara ödənilən birdəfəlik müavinətin məbləği artırılır.

"Report" xəbər verir ki, bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, layihəyə əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 min manat müəyyən edilib. Marqarita pizza

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Xəlil
    Salam bu qanun çoxdan var gözəl di ki əhatə dairəsi genişlənir.amma bu məsələ yə diqqət etmək lazımdır axı bu qanun qüvvəyə midikdən sonra ilkdəfə işə girənələrə aidd ediləcək.ama belə bir sual yaranır bəs bu qanun qüvvəyə midikdən sonra əvvəlki şəxslər bu hüquqdan necə yararlanacaq? Və əvvəlki şəxslərin hüquqları necə bərpa olunacaq və almalı olduğumuz pulu ala bilmirik ? Xahiş edirəm bu məslə öz həlli tapmalıdır bu necə də olacaq bunula bağlı qərar verilməlidir ki bizlərdə yararlanaraq?
    2 years ago