Bu şəxslərə ev verildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə ev verildi - Fotolar

Sosial

30 Dekabr 2024 16:10 1859


Lənkəran, Kürdəmir, Yevlax, Ağdaş, Şamaxı, Ucar, Cəlilabad, Tovuz və Ağsu rayonlarında ümumilikdə 150 mənzil və fərdi ev şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Lənkəran şəhərində mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini Vüsal Nəsirli və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə iştirak ediblər. pizza sifarişi

Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə əlaqədar icra olunan genişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatıdır. Onlara postmüharibə dövründə 6.8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.

Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il 90-a yaxın, postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7.8 min avtomobil təqdim edilib və növbədə dayanan bu kateqoriyadan olan şəxslərin avtomobillə təminatı yekunlaşıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!