“Azərbaycan İkinci Qarabağ münaqişəsində hərbi-siyasi qələbəsi ilə yeni reallıqlar yaradıb”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O, bildirib ki, bu reallıqlar, eyni zamanda, yeni əməkdaşlıq formatlarını formalaşdırır.
“10 noyabr Bəyanatının 9-cu bəndi, iqtisadi əlaqələrin qurulması əsasında yanvarın 11-də Moskvada Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat da bu reallığın təqdimatı olmuşdur ki, regionda yeni reallıqlar yaradan Azərbaycan üçtərəfli razılaşmada əksini tapan bütün müddəaların icrasında maraqlıdır, ən əsası regionda sabitliyin, sülhün və təhlükəsizliyin təminatı iqtisadi əlaqələrin qurulmasına geniş imkanlar açır. Marqarita pizza
O da məlumdur ki, yanvarın 30-da münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədi ilə Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, eyni zamanda, Rusiya-Türkiyə tərəfdaşlığının daha bir əyani təzahürü kimi qeyd edilir. Mərkəz tərəflər arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsində, mümkün insidentlərin qarşısının alınmasında, araşdırılmasında effektiv və etibarlı nəzarəti təmin edəcək.”
Vüqar Rəhimzadənin qənaətinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə həm dünyanın aparıcı dövlətlərinə, həm də nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi ki, münaqişənin hərbi yolla həlli variantı mümkündür və Azərbaycan tarixi Qələbəni məhz döyüş meydanında qazandı.
Onun sözlərinə görə, istər 30 ilə yaxın müddətdə, istər həqiqət anı kimi dəyərləndirilən 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə baş verən proseslər münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu şəraitində nizamlanmamasının əsas səbəbini bir daha açıqladı: “Bu, dünyada baş alıb gedən ikili standartlar, siyasi riyakarlıq və islamofobiyadır”.
Telegram kanalımız