“Buçadakı görüntülər insanlıq adına utancverici səhnədir“   - Türkiyə XİN

saytların hazırlanması

Evə çatdırılma

“Buçadakı görüntülər insanlıq adına utancverici səhnədir“ - Türkiyə XİN

Dünya

06 Aprel 2022 09:47 488


“Kiyev yaxınlığındakı müxtəlif bölgələrdən, o cümlədən Buça və İrpendən mətbuatda əksini tapan qətliam görüntüləri insanlıq adına dəhşətli və kədərli haldır. Biz Ukrayna xalqının dərdinə şəriyik”.

“Report” xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin Ukraynadakı qətliamlarla bağlı bəyanatından öz əksini tapıb.

“Günahsız mülki şəxslərin hədəfə alınması heç vaxt qəbul edilə bilməz. Mövzunun müstəqil araşdırılması, məsuliyyət daşıyanların müəyyən edilməsi və məsuliyyətə cəlb olunması bizim əsas gözləntimizdir. pizza

Türkiyə insanlıq adına bu cür utancverici səhnələrə son qoymaq və sülhün ən qısa zamanda təmin edilməsi üçün fəaliyyətini davam etdirəcək”, - XİN-dən vurğulanıb.

Qeyd edək ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!