“Buna bir daha fürsətimiz olmaya bilər” - Ter-Petrosyandan kritik açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Buna bir daha fürsətimiz olmaya bilər” - Ter-Petrosyandan kritik açıqlama

Siyasət

11 Mart 2021 01:48 1139


Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Onik Qasparyanın silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsindən azad edilməsi məsələsinin qanuni yolla həll edilməli olduğunu söyləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Petorsyanın mətbuat katibi Arman Musinyan açıqlama verib.

Ter-Petrosyan Silahlı Qüvvələri siyasi proseslərə cəlb etmək cəhdlərinə baxmayaraq, müxalifətin təzyiqlərinə müqavimət göstərən ordunun təmkinini yüksək qiymətləndirdiyini qeyd edib: Sezar pizza

“Bunu da vurğulamaq istərdim ki, partlayış həddinə çatan vəziyyətin yeganə səbəbi ölkəni idarə etmək missiyasını tamamilə yerinə yetirməyən və xalqımızı alçaldıcı məğlubiyyətə aparan bir insanın öz kreslosuna sərxoş kimi bağlanmasıdır”.

Ter-Petrosyan hökumətin dəyişdirilməsi məsələsinin konstitusiya yolu ilə həll olunmalı olduğunu və bunun üçün ilkin şərtin iqtidar və müxalifət arasında dərhal anlaşma əldə edilməsi olduğunu deyib:

“Bunun üçün fürsətin tükəndiyini düşünmürəm, çünki sərt ritorikasına baxmayaraq, müxalifət hələ də qırmızı xətləri keçməyib. Konstitusiya pozularsa, Ermənistan bir daha heç vaxt dirçəlmək üçün fürsət tapmayacaq. Yəni, vəziyyətin tənzimlənməsi problemi yalnız indiki məqamda deyil, perspektivdədir”. /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!