“Bunun bir sonu olmalı idi…” – Çingiz Qənizadə

saytların hazırlanması

Evə çatdırılma

“Bunun bir sonu olmalı idi…” – Çingiz Qənizadə

Siyasət

08 Yanvar 2021 15:55 886


“Ermənipərəst qüvvələrin Azərbaycana təzyiq və təhdidləri də işğalçı ölkəni getdikcə quduzlaşdırıb. Nəhayət, 30 il davam edən ədalətsizliyə prezident İlham Əliyevin qətiyyəti, cəsarəti və ölkəyə rəhbərlik etdiyi müddətdə formalaşdırdığı rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində son qoyuldu”.

“Yeni Sabah” xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib. Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da Ermənistan təslim olduğunu rəsmən elan etdi və kapitulyasiya aktını imzaladı:

“Bir ay sonra isə – dekabrın 10 da Bakıda Azadlıq meydanında Zəfər paradı keçirən Azərbaycan bu Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bununla da Azərbaycan XXI əsrdə Zəfər paradı keçirən ilk və yeganə dövlət kimi dünya tarixinə düşdü. Toyuqlu pizza

2020-ci il xalqımızın, eləcə də dünya azərbaycanlılarının yaddaşına Qələbə ili kimi əbədi həkk olundu”.

Yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə də dövlət başçısı bunu xüsusi olaraq vurğuladı: “Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və bu, hərbi yollarla həll edildi. Halbuki beynəlxalq vasitəçilər, o cümlədən bütün aparıcı beynəlxalq təşkilatlar uzun illər idi ki, münaqişənin hərbi həllinin olmadığını iddia edirdilər. Dövlət başçısı isə deyirdi ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun, biz də bunun tərəfdarıyıq. Ancaq işğalçı ölkə öz təxribatlarından, terror aktları törətməkdən, günahsız insanları qətlə yetirməkdən əl çəkmirdilər. Son vaxtlar isə sərhədboyu ərazilərimizi mütəmadi olaraq ağır artilleriya atəşinə tuturdu. Bunun isə sonu olmalı idi. Torpaqlarımız əbədi olaraq işğalda qala bilməzdi.

Bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi addımlar atıldı. Ölkəmizdə qeydiyyatdan keçmiş 52 siyasi partiyanın 50-si birgə bəyanat imzalayaraq Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini və dövlət başçısının ətrafında sıx birləşdiklərini bəyan etdi. Prezident öz nitqində bu məsələni də diqqətə çatdırdı və qeyd etdi ki, keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək siyasi dialoqa qoşuldu. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. 

2020-ci il xalqımızın yaddaşında əbədi olaraq Qələbə ili kimi qalacaq. Otuz ilə yaxın müddətdə işğal altında olan ərazilərimiz azad edilib. İndi həmin ərazilərdə abadlıq-quruculuq işlərinin başlanılmasına hazırlıq görülür. İşğaldan azad edilmiş ərazilərimizə böyük qayıdış başlanacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!